Mehriban Əliyeva uşaqları təbrik etdi

Cəmiyyət

01.06.2024 10:48

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

TodayPress xəbər verir ki, paylaşımda deyilir:

"Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram! Qəlbinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın! Uca Allah sizi qorusun!"

tag: Mehriban Xanım, 1 iyun, Uşaqlar, Müdafiə, Todaypress.az,