"Mədəniyyət" qəzeti fəaliyyətini dayandırdı
"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.
Bu barədə TodayPress-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.
Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub.
Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir.
Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.
tag: Mədəniyyət Nazirliyi,Qəzet,Mədəniyyət,Mətbu Orqan,Todaypress.az,