Mədə xərçənginin simptomları - Həkimdən açıqlama
Cəmiyyət
17.09.2024 14:04
Yeməkdən sonra tez-tez gəyirmək mədə xəstəliyinin əlaməti ola bilər.
TodayPress xəbər verir ki, bu barədə qastroenteroloq Alison Şnayder xəbərdarlıq edib.
Həkim qeyd edib ki, gəyirmə normal fizioloji prosesdir. Bu, adətən yeməkdən sonra dörd dəfəyə qədər baş verə bilər. Bunun başlıca səbəbləri isə yeməyi sürətli qəbul etmək, qazlı içkilər içmək və s. amillərdir.
Şnayder əlavə edib ki, əksər hallarda gəyirmək zərərsiz olsa da, şişkinlik, qarın ağrısı, həzmsizlik kimi digər simptomlarla müşayiət olunan zaman bu, sağlamlıq problemlərindən xəbər verir.
“Qastrit gəyirməyə səbəb ola bilər. Bəzən bu, daha ciddi xəstəliklərlə, məsələn, mədə xərçəngi ilə əlaqələndirilir” deyə qastroenteroloq bildirib.
Şnayder gəyirməyin başqa bir səbəbi kimi mədə xorasını misal çəkib. O, qeyd edib ki, bu halda simptom qarın nahiyəsində kəskin ağrı ilə müşayiət olunur.
Töhfə Səməd
tag: Gəyirmək,Mədə,Xərçəng, Xəstəlik, Müalicə, todaypress.az,