Mayda əfv sərəncamı olacaq? - Komissiya üzvü AÇIQLADI

Cəmiyyət

03.05.2025 13:20

52

“2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, bu, hüquqi və siyasi kontekstdə yalnız Cənab Prezidentin qərarı ilə reallaşa bilər”. 

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bunu TodayPress-ə danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Əfv Məsələləri Komissiyasının iclasları davam edir. 

“Artıq 6 iclas keçirilib. Qarşıda növbəti belə görüş gözlənilir. Əlbəttə ki, iclasların davam etməsi mümkün əfv sərəncamı üçün ilkin mərhələ kimi qiymətləndirilə bilər. Lakin yekun qərarın tarixi barədə qəti fikir söyləmək hüquqi baxımdan məqsədəuyğun hesab olunmur. Çünki Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamının imzalanması konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən dövlət başçısının müstəsna səlahiyyətindədir”. 

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının artıq 6 iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb.

Bununla da komissiya tərəfindən baxılan müraciətlərin sayı 700-ü keçib.

Töhfə Səməd

tag: Əlimməd Nuriyev,Əfv,Komissiya,İclas,Todaypress.az,

photo