Masallıda baş verən qəzada yaralananların son durumu AÇIQLANDI
09.05.25-ci il tarixində saat 13:30 radələrinədə Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) hospitalizasiya olunub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Yaralılara ilkin zəruri tibbi yardım göstərilib.
Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
Hadisə zamanı 3 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Töhfə Səməd
tag: TƏBİB,Qəza,Masallı,Hadisə,Todaypress.az,