Leysan xarakterli yağış fasilələrlə davam edəcək

Cəmiyyət

03.12.2024 14:43

Bakıda və Abşeron yarımadasında  yağıntılı hava şəraiti davam edir. 

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib. 

Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

tag: Hava, Leysan, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,