Leyla Əliyeva “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşdü
Cəmiyyət
29.08.2024 23:23
Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva avqustun 29-da
Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüb.
TodayPress xəbər verir ki,
Leyla Əliyeva görüşdə gənc arıçılarla səmimi söhbətlər edib, onların fəaliyyəti
ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübələri və məhsuldarlıqla bağlı
təəssüratlarını dinləyib. Öz növbəsində, gənc arıçılar Leyla Əliyevaya
göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar
süzdükləri ilk balı xüsusi qablaşdırmada Leyla Əliyevaya hədiyyə ediblər.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.
Məqsədi
biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının
ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını
dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə
çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə biraylıq
təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi
arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla
tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi
şərait yaradılıb.
Gənc arıçılar,
həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və
satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı
şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc
arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın
səmərəli təşkilinə xidmət edəcək.
tag: Leyla Əliyeva, Arıçı, İRƏLİ, İDEA,Qəbələ, ABAD,todaypress.az,