Lənkəranın bəzi kəndlərində elektrikin verilişində məhdudiyyət olacaq
Cəmiyyət
13.01.2025 22:11
Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə
(EŞ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti
dayandırılacaq.
TodayPress xəbər verir ki, bu barədə
"Azərenerji"dən bildirilib.
Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan
qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə
saat 10:00-dan, 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük,
Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin
verilişi təmin olunacaq.
tag: Lənkəran, İşıq,Elektrik, Azərenerji, Xanbulan, todaypress.az,