Laçında itkin düşərək həlak olan hərbçimiz Ağdamda dəfn edildi

Cəmiyyət

08.08.2024 13:30

Laçın rayonunda iki il əvvəl itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovla Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən vida mərasimi keçirilib.

TodayPress xəbər verir ki, hərbçinin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində F.Məmmədovun doğmaları, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Fərid Əjdər oğlu Məmmədov 2003-cü il mayın 23-də anadan olub. F.Məmmədov və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayev 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

tag: Laçın,Quzanlı, Şəhidlər, Ağdam, İtkin, todaypress.az,