Kürün səviyyəsi endi – ETSN səbəbini açıqladı

Cəmiyyət

19.07.2024 13:10

Kür çayında son bir ayda suyun səviyyəsində enmə müşahidə olunur.

TodayPress-in sorğusuna cavab verən, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, aprel, may iyun aylarında çaylarda gursuluq dövrü olsa da, iyulda bu başa çatır: 

“Ölkə ərazisində hava şəraitinin yağmursuz keçməsi, yay olduğu üçün suya tələbatın artması nəticəsində çaylarda, xüsusilə də Kürdə azalma müşahidə olunur. Ölkənin aşağı hissəsində yerləşən rayonlarda daha çox azalma hallarına rast gəlinir”.

Asif Verdiyevin sözlərinə görə, ən az azalma Kür çayının Gürcüstandan Azərbaycan torpaqlarına daxil olan hissəsində, Ağstafada qeydə alınır ki, bu da müvafiq olaraq 33 sm təşkil edir. 

Digər yerlərdə isə rəqəmlər belədir: Zərdabda 165, Sabirabadın Surra kəndində 212, Şirvanda 272, Neftçalanın Bankə kəndində isə 174 sm olaraq müşahidə edilib.

Töhfə Səməd

tag: Kür, Ais Verdiyev, Ağstafa, Azərbaycan, Suyun Səviyyəsi, todaypress.az,

photo