Kürdə suyun səviyyəsi artdı

Cəmiyyət

18.04.2025 12:10

9

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb. 

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Avtomat hidroloji stansiyaların aprelin 18-si saat 11:00 məlumatına əsasən Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 10 sm, Tutqunçayda 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb. 

Kür çayının aşağı axınında Kür-Zərdab məntəqəsində 17 sm artım, su sərfi 641 m3/san, normanın 207%, Kür-Surrada 32 sm artım, su sərfi 461 m3/san, normanın 63%-ni, Kür-Şirvanda 38 sm, Kür-Salyanda 70 sm, Kür-Bankədə 36 sm artmışdır. 

Transsərhəd çaylarında Qanıx çayı 2 sm artıb, su sərfi 255 m3/san normanın 152%-ni təşkil edir.

tag: Kür,Çay,Səviyyə,Artım,Todaypress.az,