Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Cəmiyyət

04.09.2024 17:20

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san (sarı xəbərdarlığa uyğun olaraq) təşkil edəcək.

Sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur.

Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

tag: Külək, Hava, Temperatur ,Abşeron ,Bakı ,todaypress.az,