Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Cəmiyyət
30.08.2024 15:44
Sentybarın 1-3 tarixlərində bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Quba, Qusar, Xızı, Ordubad, Culfa və Şərurda fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək ki, bu da sarı xəbərdarlığa uyğundur.
Həmçinin Siyəzən, Şabran, Xaçmaz rayonlarında fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu isə narıncı xəbərdarlıq deməkdir.
tag: Hava, Temperatur, Atmosfer, Külək, Xəbərdarlıq, todaypress.az,