Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Cəmiyyət
20.10.2024 15:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən xəbərə görə, oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli
Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
tag: Hava, Külək, Atmosfer, Temperatur, Bakı, Abşeron,Xəbərdarlıq,Todaypress.az,