Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Cəmiyyət
24.10.2024 19:00
Oktyabrın 26-27-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağdam, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Hacıqabul, Ağstafa, Şəmkir, Gəncə, Samux, Tovuz, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Salyan, Siyəzən, Xaçmaz, Xızı, Şabran, Tərtər, Bərdə, Beyləqan, Cəlilabad, Yevlax, Zərdab, Şamaxı, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Naftalan, Neftçala, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
tag: Hava, Külək, Narıncı, Sarı, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,