Küləkli hava şəraiti davam edir

Cəmiyyət

06.04.2025 15:55

11

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 15:00-a olan məlumatına əsasən bəzi bölgələrdə küləkli hava şəraiti davam edir.

Xidmətdən TodayPress-ə verilən məlumata görə, hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28 m/s, Daşkəsəndə 25 m/s, Qobustanda 22 m/s, Altıağacda 19 m/s, Gədəbəy və İsmayıllıda 16 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 21, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

tag: Hava,Külək,Günəş,Yağış,todaypress.az,