Kreml istintaq yekunlaşana qədər təyyarə qəzasını qiymətləndirməyəcək

Cəmiyyət

27.12.2024 15:09

İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb.

tag: Rusiya, Kreml, Hava ,İstintaq ,todaypress.az,