Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı
Konstitusiya Məhkəməsi
hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.
TodayPress xəbər verir ki, bununla bağlı Prezident
İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə
olmasının yaş həddi 70-dən 75-ə artırılıb.
Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi
Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox
olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
tag: Konstitusiya Məhkəməsi , Yaş Həddi,Vəkil,Qanun, İlham Əliyev, todaypress.az,