Komitə bağçada baş verən hadisəyə münasibət bildirdi

Cəmiyyət

12.07.2024 15:41

“Sosial şəbəkələrdə Bakı şəhəri Sabunçu rayonunda yerləşən 310 saylı uşaq bağçasında azyaşlının tərbiyəçi-müəllim tərəfindən təhqir olunması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlanılıb”. 

Bu barədə TodayPress-in sorğusuna cavab Komitədən bildirilib. 

Qeyd olunub ki, Komitə tərəfindən proses nəzarətdə saxlanılır:

“Hadisəni törədən tərbiyəçi-müəllim tutduğu vəzifədən artıq azad olub. Hazırda faktla bağlı rayon Polis İdarəsində araşdırma aparılır. Komitə tərəfindən proses izlənilir. Bağçada baş verən hadisə ilə bağlı yekun açıqlama isə müəssisənin tabe olduğu qurum tərəfindən veriləcək” deyə məlumatda qeyd olunub. 

Günəş Mərd

tag: Sabunçu rayonu, Bağça, Hadisə, Polis, Açıqlama, todaypress.az,