Kəmaləddin Heydərov təyyarə qəzasında xəsarət alanların son vəziyyətini açıqladı
Cəmiyyət
26.12.2024 00:48
“Hadisə yerində olduq, xəstəxanada
yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır”.
TodayPress xəbər verir ki, bunu Azərbaycanın fövqəladə
hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, həlak olanların şəxsiyyətləri tam məlum olduqdan
sonra Azərbaycan gətiriləcək: “Xəsarət alanları hazırda ölkəyə gətirmək
mümkündür. Lakin həkimlərin məsləhətinə görə, onların psixoloji vəziyyəti
nəzərə alınaraq yüngül xəsarət alanlar yaxın günlərdə, bəlkə də sabah, ya da o
biri gün Vətənə gətiriləcək”.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya
uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş
çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti
ilə maraqlanıblar.
Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış
fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların
ifadələrini dinləyib.
tag: Kəmaləddin Heydərov, Nazir, Qazaxıstan, Təyyarə, Qəza, todaypress.az,