Kəmalə Ağazadə: "Martdan bəri 25-ə yaxın yeniyetmə qız sığınacağa yerləşdirildi"

Cəmiyyət

29.04.2025 23:50

8

“Təkcə bu ilin martından bəri 25-ə yaxın yeniyetmə qız Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib, aralarında hamilə olan da var”.

TodayPress xəbər verir ki, bunu Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə "Baku TV"yə açıqlamasında deyib. 

“14 yaşlı hamilə qızı sığınacağa yerləşdirəndə prosesdə anası da iştirak edirdi. Onun da qucağında üçaylıq uşağı var idi. Hətta dedi ki “mən elə bunu da bura qoyub gedim”. Belə valideynlər üçün valideyn hüquqlarının məhdudlaşdırılması olmalıdır” Kəmalə Ağazadə bildirib.

tag: Kəmalə Ağazadə, Mart, Yeniyetmə, Azərbaycan, Uşaqlar Birliyi, Sığınacaq, todaypress.az,