Kamran Əliyev İmişlidə itkin düşmüş Rasimlə bağlı açıqlama verdi

Cəmiyyət

01.10.2024 09:11

“İmişlidə itkin düşmüş Rasimlə bağlı bütün zəruri addımlar atılır. Mütəmadi olaraq ailəsi ilə görüşlər keçirilir. Onların dərdinə tez bir zamanda çarə olmaq üçün əlimizdən gələni edirik”.   


TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.     


Onun sözlərinə görə, axtarışların tez bir zamanda müsbət nəticə verəcəyinə ümid edilir.   


O, bildirib ki,  hazırda konkret nə isə demək mümkün deyil.     


Töhfə Səməd

tag: İmişli,Rasim,Kamran Əliyev,Açıqlama,todaypress.az,