İtkin düşmüş 6 şəhid Xocavənddə dəfn edildi
Cəmiyyət
12.07.2024 13:50
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları Xocavənd rayonunun Qaradağlı kəndində dəfn edilib.
TodayPress xəbər verir ki, mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, Xocavənd ərazisində xidmət aparan hərbi qulluqçular və media nümayəndələri iştirak edib.
Dəfn hərbi orkestrin dövlət səsləndirilməsi və yaylım atəşinin müşayiəti ilə icra olunub.
Sonra üçrəngli Azərbaycan bayraqları şəhidin doğmalarına təhvil verilib.
tag: Qarabağ Müharibəsi, Xocavənd, Dəfn, Azərbaycan, Şəhid, todaypress.az,