İtkin düşən balıqçılardan birinin meyiti İrandan gətirilərək dəfn olundu

Cəmiyyət

07.04.2025 21:30

20

Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti İrandan gətirilərək dəfn olunub.

TodayPress xəbər verir ki, rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, bu gün axşam saatlarında M.İbayevin meyiti dəfn olunması üçün doğulduğu kəndə gətirilib.

Xatırladaq ki, yanvar ayının 13-də balıqçılar Lənkəran rayonu Siyavar kənd sakinləri, 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşmüş hesab edilib.

Fevralın 21-də balıqçılardan biri Nazim Abbasovun meyiti tapılıb. Ötən ay isə itkin düşən balıqçılardan digərinin meyiti Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin meyiti Xəzərin İran sahilində aşkarlanıb.

tag: Lənkəran, Balıqçı, İtkin,Dəfn, Siyavar, todaypress.az,