İtaliyalı parlamentarilər “ASAN xidmət”də

Cəmiyyət

30.04.2025 16:40

7

30 aprel 2025-ci il tarixində İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.   

Bu barədə TodayPress-ə "ASAN Xidmət"-dən məlumat verilib.

Qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.   

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb. 

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər. 

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin,  "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

tag: ASAN,Xidmət,İtaliya,Parlament,Todaypress.az,

photo
photo
photo
photo