İrandan gətirilən məhsullarda GMO aşkarlandı
Cəmiyyət
14.01.2025 20:15
İrandan
Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya
olunmuş orqanizmlər (GMO) aşkarlanıb.
TodayPress
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
məlumat yayıb.
Qeyd
olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş
bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə
yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və
sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya
olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan
qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla
qadağandır.
Aparılan
son nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən bir sıra məhsul
partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
müvafiq laboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasən
məhsulların tərkibində GMO aşkarlanıb.
Aşkarlanan
bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb.
AQTA
bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə
çatdırır ki, Azərbaycana GMO qida məhsulları idxal edilməsi yolverilməzdir.
Belə məhsulların qanunsuz olaraq ölkəyə idxal edilməsi cəhdlərinin qarşısı isə
qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt
tədbirlər görüləcək.
tag: İran, GMO, Qida, AQTA, İdxal, todaypress.az,