“İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlandı

Cəmiyyət

03.04.2025 13:02

1294

“İnşaat Həftəsi” çərçivəsində hər zaman olduğu kimi, bu il də sistemli işlər həyata keçiriləcək”. 

TodayPress xəbər verir ki, bunu 10 aprel - İnşaatçılar Gününə həsr olunmuş “ATMİA İnşaatçılar Həftəsi“ ilə bağlı mətbuat konfransında Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) baş katibi Şahanə Sarı deyib.

Baş katib bildirib ki, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Sənaye Təhlükəsizliyi assosiasiyası ilə uzunmüddətli strateji əməkdaşlığa dair memorandum imzalanacaq, ATMİA Avprova Mühəndislik Cəmiyyətinə Üzvlüyə qəbul ediləcək: 

“Bundan əlavə “İnşaat Həftəsi” çərçivəsində “Mətanət A” Şirkətlər Qrupu tərəfindən Azərbaycanda ilk dəfə istehsal edilən İNOVEX oda və nəmə davamlı fasad lövhələrinin təqdimatının keçirlməsi nəzərdə tutulur. İNOVEX fasad lövhələri innovativ yaşıl inşaat texnologiyasına əsaslanaraq istehsal olunan unikal məhsuldur. Kərpic, mişar daşı, hörgü blokları və s. ilə müqayisədə layihələrin daha sürətli icrasına səbəb olacaq, həmçinin memar və dizaynerlərin dünya təmir tendensiyasına uyğun individual təmir həllərini asanlıqla tətbiq etməsinə imkan verəcək. İNOVEX yaşıl inşaat texnologiyası ilə istehsal edilir, istifadəsi rahatdır, ekoloji sağlamdır”. 

Qeyd edək ki, assosiasiya mütəmadi olaraq dünyadakı inşaat sektoru ilə bağlı yenilikləri və üzv şirkətlərin yeniliklərini digər şirkətlər arasında paylaşır, bu da sahibkarların sürətli şəkildə maariflənməsinə və dünya təcrübəsinin ölkəmizə sürətlə inteqrasiya etməsinə nail olur. 

2017-ci ildə yaradılan assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 16 dekabr 2009-cu il Fərmanına əsasən 10 aprel “İnşaatçılar Günü” olaraq hər il qeyd edilir. 

Türkan İsgəndərli 

tag: İnşaat,Prezident,Dünya,D,