İnformasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirici tədbirlər keçirildi

Cəmiyyət

29.04.2025 10:53

80

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı Tərtər və Bərdə rayonlarında maarifləndirici tədbirlər təşkil olunub.

Bu barədə TodayPress-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və Aparatın digər əməkdaşları çıxışlar edərək, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları, informasiya sahiblərinin vəzifələri və Ombudsmanın informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat veriblər.

Tədbirlər çərçivəsində mövzu üzrə videoçarx nümayiş olunub, maarifləndirici çap materialları barədə məlumat verilib və iştirakçılarla interaktiv müzakirələr aparılıb.

tag: Ombudsman,Aparat,Tədbir,Maaarifləndirici,Todaypress.az,