İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək
Cəmiyyət
21.12.2024 21:44
İmişli rayonunun iki yaşayış məntəqəsində
qaz kəsiləcək.
TodayPress xəbər verir ki, rayonun Bəhrəmtəpə qəsəbəsində
yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi məqsədilə yeni çəkilmiş
qaz kəmərinin təbii qaz təchizatı mənbəyinə qoşulması ilə əlaqədar olaraq, 23
dekabr saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Bəhrəmtəpə
qəsəbəsi və Qaragüvəndikli kəndində (ümumi 1467 abonent) qaz təchizatının
dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə
saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
tag: İmişli, Qaz, Fasilə, Bəhrəmtəpə, Təchizat, todaypress.az,