İmişlinin bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət

07.02.2025 16:00

İmişli rayonunun doqquz yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

TodayPress xəbər verir ki, fevralın 10-da "İmişli 1" ölçü qovşağından qidalanan, diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmə quraşdırılacaq.

Bu məqsədlə həmin gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (16 qeyri-əhali abonenti; ümumilikdə 4 min 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

tag: İmişli ,Qaz,Bəhrəmtəpə,PE,todaypress.az,