İmişlidə qaz təchizatı dayandırılacaq
Cəmiyyət
24.09.2024 18:10
Sentyabrın 25-də İmişli rayonunda 8 931 abonentin qaz təchizatı dayandırılacaq.
TodayPress xəbər verir ki, bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, sentyabrın 25-də saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 7 kəndində - Yalavac, Şəkərli, Cəfərli, Muradxanlı, Əliqullar, Oruclu, Ağaməmmədli kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunub ki, qaz təchizatı “İmişli 1” qaz ölçü qovşağından qidalanan diametri 315 mm və diametri 160 mm-lik PE orta təzyiqli qaz kəmərlərində kipliyin sınağı məqsədilə dayandırılacaq.
tag: İmişli ,Qaz ,Təchizat, Qaz Kəmərləri ,todaypress.az,