İlin ilk Günəş tutulması başa çatdı - YENİLƏNDİ
İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.
TodayPress xəbər verir ki, qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünüb.
***
12:57
Martın 29-u 2025-ci ilin ilk Günəş tutulması başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma bu gün saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.
Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək.
Tutulmanın maksimumu saat 14:48:36-da olacaq.
Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
tag: Bakı Dövlət Universiteti,Astrofizika,Günəş Tutulması,Məlumat,Todaypress.az,