İlahə Hüseynova: "Edillidəki görüntülərə görə infarkt keçirən ailə üzvləri olub"
"Xocavənd rayonunun Edilli kəndində lentə alınan görüntülər yayımlandıqdan sonra itkin düşmüş şəxslərin ailə üzvləri arasında infarkt keçirənlər olub".
TodayPress xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova brifinqdə deyib.
Təşkilatın rəsmisi media nümayəndələrini belə məqamlarda peşəkar davranmağa çağırıb.
"Orada qalıqlar tapılıbsa, 100 nəfər itkin düşübsə, 100-ünün də ailəsi düşünür ki, bu qalıqlar onun ailəsinə məxsusdur. Bu hallarda ailələrin həssaslığı məsələsini nəzərə almaq lazımdır" deyə o əlavə edib.
Günəş Mərd
tag: Edilli ,BQXK ,İlahə Hüseynova ,Brifinq, todaypress.az,