İki gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Cəmiyyət

15.01.2025 18:51

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Azərbaycanın şərq rayonlarında yanvarın 16-sı səhərdən 17-si gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

tag: Hava, Proqnoz ,Xəbərdarlıq ,Qar ,todaypress.az,