İDEA-nın təşəbbüsü ilə uşaqlar üçün Novruz şənliyi keçirildi

Cəmiyyət

22.03.2025 12:15

2152

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə martın 21-də Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib.

TodayPress xəbər verir ki, şənlikdə Novruz bayramının əsas personajları, Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər.

Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhval-ruhiyyəsi yaradılıb. Rəqqaslar milli musiqi sədaları altında oynaq rəqslər ifa edib, məktəb şagirdləri bayrama həsr olunan şeirlər söyləyib, müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbirin yekununda uşaqlara bayram sovqatları paylanılıb.

tag: Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi,Leyla Əliyeva,Xızı ,Novruz şənliy,todaypress.az,

photo
photo
photo