İcraçı direktor: “Sərgilər nəticəsində Azərbaycanın ixrac potensialı artır”
“Bu il bir sıra sərgilərimiz 30-cu yubileyini qeyd edir ki, onlardan biri də “InterFood Azerbaijan” sərgisidir”.
TodayPress xəbər verir ki, bunu “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə 18-ci olan Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu 30 il ərzində sərgilər artıq milli bremd olaraq formalaşıb.
50-dən çox ölkə və 150 mindən çox ekspert və nümayəndə bu sərgilərdə iştirak edib.
“Sərgilər nəticəsində Azərbaycanda ixrac potensialı olan məhsullar üzə çıxır və ərzaq təhlükəsizliyinin formalaşmasına töhfələr verilir. Nəticədə yeni əməkdaşlıq imkanları yaranır”.
Töhfə Səməd
tag: Bəhruz Hidayətzadə,Tədbir,Sərgi,Yubiley,Todaypress.az,