Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanıldı

Cəmiyyət

03.12.2024 23:18

Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.

TodayPress xəbər verir ki, ona qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb

Səfərovun vəkili Bəhruz  Bayramovun sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.

Bundan əvvəl Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. Bununla bağlı araşdırma aparılır

Aynur TAC

 

 

tag: Rüfət Səfərov, Hüquq Müdafiəçisi, Saxlanma,DİN, Xuliqanlıq, todaypress.az,