Hövsan qəsəbəsində işıq olmayacaq

Cəmiyyət

09.04.2025 11:14

11

Bu gün Bakının Suraxanı rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. 

Bu barədə TodayPress-ə “Azərişıq” ASC-dən məlumat verilib. 

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar aprelin 9-da elektrik xətləri sifarişə əsasən açılacaq. 

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

tag: Hövsan,İşıq,Fasilə,Kəsinti,Todaypress.az,