Horadiz-Ağbənd dəmiryol xəttinin 63 %-i tamamlandı

Cəmiyyət

18.04.2025 13:44

13

Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 %-i, tikinti-quraşdırma işlərinin isə 63 %-i tamamlanıb. 

TodayPress bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. 

Məlumata görə, uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb. 

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır. 

Qeyd edək ki, Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.

tag: Horadiz,Ağbənd,Dəmiryol,Xətti,Todaypress.az,

photo
photo
photo