Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edildi
Milli Qəhrəman Hökümə Əliyevanın atası
Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli
şəxs müəyyən olunub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat
Xidmətindən bildirilib.
DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü
İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən
olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
tag: Hökümə Əliyeva, Milli Qəhrəman, DİN, Bank, Dələduzluq, todaypress.az,