Hikmət Hacıyev: Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir
Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını
qeyd edir.
TodayPress xəbər verir ki,
bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“X”dəki səhifəsində yazıb.
O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il
tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
“Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan
xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi
qeyd olunur” deyə H.Hacıyev vurğulayıb.
tag: Azərbaycan,Novruz, Hikmət Hacıyev, Azərbaycan, todaypress.az,