Hidrometrologiya Xidməti: Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb
Hazırda yağıntıların davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.
TodayPress xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb:
"Son 15 saat ərzində bölgələrdən asılı olaraq yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir. Bu da aylıq normadan 2 dəfə çoxdur".
tag: Hava,Temperatur, Atmosfer, Yağış, Duman,todaypress.az,