Hidrometeorologiya Xidməti əhaliyə çağırış etdi

Cəmiyyət

22.09.2024 12:38

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 23-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

tag: Duman,Milli Hidrometeorologiya Xidməti,Avtomobil, Sürücü, Ekspertlər, todaypress.az,