“Heydər Əliyev – Suveren Azərbaycanın memarı” mövzusunda konfrans keçirildi
Qarabağ Universiteti və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev – Suveren Azərbaycanın memarı” mövzusunda konfrans keçirilib.
TodayPress xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə baş tutub.
Konfransda Ümummilli Liderimizin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətindəki misilsiz xidmətlərindən danışılıb, bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Ulu Öndərimizin müdrik siyasəti və uzaqgörən dövlətçilik konsepsiyasının dayandığını diqqətə çatdırıb, bu səpkidə tədbirlərin uşaq, yeniyetmə və gənclərdə milli-mənəvi dəyərlərin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulanıb.
tag: Ulu Öndər,Heydər Əliyev,Konfrans,Tədbir,Todaypress.az,



