Hepatit təhlükəsi artır: ÜST-dən bədbin statistika
Cəmiyyət
28.07.2024 13:30
Dünyada hər il 1 milyondan çox insan hepatit viruslarının yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir.
TodayPress məlumat verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024 Qlobal Hepatit Hesabatına əsasən, hepatitdən ölənlərin sayı günü-gündən artır.
İş o yerə çatıb ki, hepatit dünyada ölümə səbəb olan yoluxucu xəstəliklər sırasında ikinci yerdədir.
187 ölkədən alınan məlumatlar 2022-ci ildə hepatitdən ölənlərin sayı 1,3 milyona çatdığını göstərib.
Mühüm sağlamlıq problemi olan hepatitlərlə bağlı maarifləndirmə işlərinin aparılması məqsədilə hər il iyulun 28-i “Ümumdünya Hepatitlə Mübarizə Günü” kimi qeyd olunur və əhalinin bu istiqamətdə maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Günəş Mərd
tag: todaypress.az,hepatit,xəstəlik,ölüm,dünya,virus,ÜST,