Həlak olan 3 ekipaj üzvü günorta saatlarında İkinci Fəxri xiyabanda dəfn olunacaqlar
Cəmiyyət
29.12.2024 05:23
“Azərbaycan
Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən
“Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması
nəticəsində həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr
Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) İkinci Fəxri xiyabanda dəfn
olunacaq.
TodayPress xəbər verir ki, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə
Əliyevanın dəfni dekabrın 29-u günorta saatlarında olacaq.
tag: Azərbaycan Hava Yolları, Bakı, Qroznı, Hökümə Əliyeva, Dəfn, todaypress.az,