Həftəsonunun havası açıqlandı

Cəmiyyət

28.09.2024 13:00

Sentyabrın 29-na olan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

tag: Hava, Temperatur, Yağmursuz, Atmosfer,Milli Hidrometeorologiya Xidməti, todaypress.az,