Həftəsonu gözlənilən hava proqnozu açıqlandı
Cəmiyyət
16.08.2024 13:11
17-18 avqust
tarixində ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun
tədricən 3-4° yüksələcəyi gözlənilir.
Bu barədə TodayPress-ə
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si
gündüz saatlarında havanın qısamüddətə tutulacağı ehtimal olunur. Cənub-şərq
küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu
gecə 20-25°, gündüz 28-33° isti olacaq.
Bölgələrdə də
müşahidə olunun yağıntılı hava şəraiti avqustun 17-si gündüz saatlarınadək
davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq
küləyi əsəcək.
Havanın temperaturu
gecə 20-25°, gündüz 30-35° isti olacaq.
tag: Hava, Azərbaycan,Milli Hidrometeorologiya Xidməti ,Temperatur,todaypress.az,