Həftəsonu 34 dərəcə isti olacaq

Cəmiyyət

07.09.2024 14:44

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın mülayim olacağı, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

tag: Hava, Temperatur, Azərbaycan ,Atmosfer ,Mülayim, todaypress.az,