Həcc ziyarətinə getmək istəyənlərə ÇAĞIRIŞ

Cəmiyyət

17.02.2025 16:10

"Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün təxminən 1200-1300 nəfərlik kvota nəzərdə tutulub".

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. 

Onun sözlərinə görə, ötən illə müqayisədə cari ildə az kvota nəzərdə tutulub. O, bu səbəbdən vətəndaşlara çağırış edib:   

"Vətəndaşlardan xahiş edirik ki, gecikməsinlər. Artıq kvotanın, təxminən, yarıdan çoxu dolub”.

Vüsal Cahangiri bildirib ki, 600-dən çox vətəndaş artıq qeydiyyata alınıb. 

Qeyd edək ki, Həcc ziyarəti üçün sənəd qəbulu yanvar 21-dən etibarən başlayıb.

Qəbul iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. Azərbaycanlı zəvvarlar üçün bu il nəzərdə tutulmuş qiymət bir nəfərə 5950 ABŞ dollarıdır. Ziyarət vahid formada təşkil olunur və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. 

Töhfə Səməd

tag: Həcc,Ziyarət,Çağırış,QİM,Todaypress.az,